FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
 
Matc.az xəbər verir ki, Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoxlama oyununun baş hakimi Əliyar Ağayev olacaq. 
 
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
 
Qeyd edək ki, mayın 31-də keçiriləcək Türkiyə – Qvineya matçı Antalya şəhərində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest