İngiltərənin "Vest Bromviç" klubu yeddi futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Vest Bromviç"də Kamil Qrosiçki, Kayl Edvards, Branislav İvanoviç, Li Pelte, Endryu Lonerqan, Hal Robson-Kanu və çarlz Ostinlə yollar ayrılıb.
 
Premyer Liqada mövsümü 19-cu sırada bitirən "Vest Bromviç" yeni mövsümdə çempionşipdə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest