İtaliyanın "Torino" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bundan sonra sözügedən komandanı İvan Yuriç çalışdıracaq.
 
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Yuriç yeni komandasındakı işinə iyulun 1-dən başlayacaq.
 
Qeyd edək ki, Yuriç "Torino"da Davide Nikolanı əvəz edib. Nikola bu ilin yanvarında Marko Campaolonun istefaya göndərilməsindən sonra bu posta gətirilmişdi. Lakin klub rəhbərliyi yeni mövsümə onunla başlamaq istəməyib və 48 yaşlı mütəxəssislə yolları ayırıb.
 
İvan Yuriç isə geridə qalan mövsümdə "Verona"ya rəhbərlik edirdi. 2019-cu ilin yayından "Verona"nı çalışdıran xorvat mütəxəssis ötən gün bu klubla yollarını ayırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest