Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilin sonuna qədər uzadılıb.
 
5 əvəzetmə qaydası ötən ilin mayından koronavirus pandemiyası səbəbindən tətbiq edilməyə başlamışdı. Qərarın bundan əvvəlki istifadə müddəti bu ilin sonuna qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest