İtaliyanın "Napoli" klubunda baş məşqçi təyinatı gerçəkləşib.
 
Matc.az xəbər verir ki, Neapol təmsilçisinin "sükan"ı Luçano Spalettiyə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Spaletti ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Spaletti son olaraq "İnter"i çalışdırıb. İtalyan mütəxəssis 2019-cu ilin mayından işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest