Futbol üzrə Almaniya Bundesliqasında 2020/21 mövsümünü 16-cı pillədə başa vuran "Köln" 2-ci Bundesliqanın üçüncüsü "Holştayn"la cavab pley-off matçına çıxıb.
 
Matc.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma "Köln"ün meydanında baş tutmuşdu.
 
"Holştayn" həmin oyunda 1:0 hesablı qələbə qazanmışdı. "Köln" bu gün səfərdə baş tutan matçda 5:1 hesabıyla qalib gəlib. Nəticədə bu komanda cütün qalibi olaraq əsas Bundesliqadakı yerini qoruyub. 
 
"Holştayn" isə növbəti mövsümü də 2-ci Bundesliqada keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest