Növbəti mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq sonuncu klubun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, pley-off mərhələsinin finalında "Suonsi Siti"dən güclü olan "Brentford" elitaya vəsiqə qazanıb.
 
"Uembli"də baş tutan final matçının əvvəlindəcə iki qol vurmağa nail olan "Brentford" bu üstünlüyünü sonadək qoruyub. Yekunda 2:0 hesabıyla qalib gələn bu komanda "Norviç Siti" və "Uotford"un ardından Premyer Liqaya yüksəlib.
 
"Brentford" 74 illik fasilədən sonra İngiltərə çempionatının yüksək liqasında oynamaq şansı qazanıb. Bu komanda sonuncu dəfə 1947-ci ildə elitada mübarizə aparıb.
 
Qeyd edək ki, 2020/21 mövsümünün yekunlarına əsasən, "Fulhem", "Vest Bromviç" və "Şeffild Yunayted" klubları Premyer Liqa ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest