Təlim-məşq toplanışını Türkiyədə davam etdirən "Qarabağ" transfer çalışmalarını da sürətləndirib. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Ağdam təmsilçisi daha bir futbolçu ilə anlaşıb.
Azərbaycan çempionu cari mövsümün əvvəlində "Qəbələ"dən icarəyə götürdüyü yarımmüdafiəçi Hacıağa Hacılını birdəfəlik transfer edib. Gənc futbolçu "Qarabağ"la 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ"ın ilk transferi Reynaldo Silva olub.