Futbol üzrə çexiya 2-ci divizionunda 2020/21 mövsümünə yekun vurulub.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da bu mövsümün sonuncu matçına çıxıb.
 
Sözügedən komanda 26-cı tur çərçivəsində doğma meydanda "Mas Taborsko" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 80-ci dəqiqədə əvəzlənib.
 
Beləliklə, 26 oyunda 42 xal toplamış "Viktoriya" mövsümü 4-cü pillədə başa vurub. Nəbiyev isə bu oyunlardan 23-ündə forma geyinib və 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest