Futbol üzrə Fransa Liqa 1-ində 2020/21 mövsümünü 18-ci pillədə başa vuran "Nant" 2-ci Liqanın üçüncüsü "Tuluza" ilə cavab pley-off matçına çıxıb.
 
Matc.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma "Tuluza"nın meydanında baş tutmuşdu.
 
"Nant" həmin oyunda 2:1 hesablı səfər qələbəsinə sevinmişdi. Bu gün baş tutan cavab matçında "Tuluza" səfərdə 1:0 hesabıyla qalib gəlib. ümumi hesab bərabər olsa da, "Nant" səfərdə daha çox qol vurduğu üçün finalın qalibi olub.
 
Beləcə, "Nant" elitada qalıb. "Tuluza" isə növbəti mövsümü yenə Liqa 2-də keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest