"Mançester Siti" ilə yollarını ayıran Serxio Aquero "şəhərlilər"lə vidalaşıb.
 
Matc.az xəbər verir ki, bu barədə argentinalı hücumçu "instagram" hesabında paylaşım edib:
 
"Komandam və uzun illər bu klubun şərəfini qoruduğum üçün qürurluyam. "Mançester Siti" əbədi olaraq ürəyimdə qalacaq".
 
2011-ci ildən "Mançester Siti"də çıxış edən Aquero "şəhərlilər"lə 5 dəfə Premyer Liqanın qalibi olub.
 
Aqueronun yaxın zamanda "Barselona" ilə müqavilə imzalayacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest