Paytaxt təmsilçisi Klotsdan öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba və Təmkin Xəlilzadə ilə də yollarını ayırmışdı.

"Sabah" klubla müqavilə müddəti başa çatan Dmitro Klotsla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Ukraynalı yarımmüdafiəçi bu ilin fevral ayından "Sabah"ın uğurları üçün çalışırdı. 25 yaşlı futbolçu son mövsümdə 6 oyunda şans qazanıb.
 
"Sabah" klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Paytaxt təmsilçisi Klotsdan öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba və Təmkin Xəlilzadə ilə də yollarını ayırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest