"Neftçi" daha bir futbolçusu ilə növbəti mövsüm üçün razılığa gəlib. Matc.az xəbər verir ki, paytaxt klubunun müdafiəçisi Mamadu Mbodj yeni mövsümdə də "ağ-qaralar"da çıxış edəcək.
 
Bununla bağlı seneqallı müdafiəçi "instagram" hesabında paylaşım edib. O, Azərbaycan Premyer Liqasında qalib olaraq qazandıqları kubokla şəklini paylaşıb və "davam edirik" deyə, qeyd edib.
 
Mamadu Mbodj 2019-cu ildən "Neftçi"də çıxış edir. Onun klubla müqaviləsi iyunun sonuna qədərdir.
 
"Neftçi" bundan əvvəl digər müdafiəçi ömər Buludovla müqaviləni yeniləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest