"Neftçi"dən ayrılan yaponiyalı futbolçu Keysuke Honda klubun rəsmi televiziya kanalına açıqlama verib

"Neftçi"dən ayrılan yaponiyalı futbolçu Keysuke Honda klubun rəsmi televiziya kanalına açıqlama verib. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu vida açıqlamasında bunları söyləyib:
 
"Burada olduğum üçün xeyli məmnunam. çempion oldum, həddindən artıq isti münasibət gördüm. Bəlkə də heç nə ilə yadda qalmadım, amma düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsınız.
 
ümid edirəm ki, "Neftçi" növbəti mövsümdə də çempion olacaq. Mən isə buraya gəlib, onlarla birlikdə qalibiyyəti qeyd edərəm. ümumiyyətlə, buradan ayrılsam da, Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayacağam".
 
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı. O, bu komandanın heyətində Azərbaycan çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest