25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində "Neftçi"nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.

"Neftçi" yetirməsi Fəhmin Muradbəyli ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Yeni anlaşmaya əsasən, yarımmüdafiəçi 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
 
25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində "Neftçi"nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.
 
Xatırladaq ki, "Neftçi" bundan əvvəl digər yetirməsi ömər Buludovla yeni müqavilə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest