İngiltərənin "çelsi" klubu futbolçusu Tyaqo Silva ilə yeni müqavilə imzalayacaq.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "zadəganlar" 36 yaşlı müdafiəçi ilə yeni sözləşmə ilə bağlı razılıq əldə edib.
 
"çelsi" Silva ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayacaq.
 
2020-ci ilin avqustundan "çelsi"də çıxış edən Silvanın indiki sözləşməsi iyunun sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest