Sequndanı 38 xalla sonuncu - 22-ci sırada başa vuran komanda daha aşağı liqaya yuvarlanıb. Bu üzdən də klub rəhbərliyi heyətlə bağlı ciddi islahatlara əl atmaq məcburiyyətində qalıb. "Albasete" ötən gün 18 futbolçusu ilə vidalaşdığını açıqlayıb

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Albasete" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Sequndanı 38 xalla sonuncu - 22-ci sırada başa vuran komanda daha aşağı liqaya yuvarlanıb. Bu üzdən də klub rəhbərliyi heyətlə bağlı ciddi islahatlara əl atmaq məcburiyyətində qalıb. "Albasete" ötən gün 18 futbolçusu ilə vidalaşdığını açıqlayıb. Onların arasında İsrafilovun da adı var.
 
Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən "Albasete"nin uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest