Qarşıdakı Avropa çempionatına hazırlaşan futbol üzrə Türkiyə milli komandası ötən gün növbəti yoxlama görüşünü keçirib.
 
Matc.az xəbər verir ki, "ay-ulduzlular" Antalyada Qvineya yığması ilə üz-üzə gəlib.
 
Görüş qolsuz başa çatıb. Afrika təmsilçisinin heyətində "Neftçi"nin yarımmüdafiəçiso Mamadu Kane 90 dəqiqə oynayıb.
 
Qeyd edək ki, bu qarşılaşmanı azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib. O, matçda cəmi 1 vərəqə göstərib. Bu, 39-cu dəqiqədə qonaqların müdafiəçisi Məhəmməd Kamaraya "qismət olub". Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
 
Qeyd edək ki, Türkiyə millisi ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabıyla qalib gəlmişdi. İyunun 2-dən Almaniyada hazırlığın ikinci mərhələsinə başlayacaq Şenol Günəşin komandası son sınaq matçını iyunun 3-də Moldovaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest