İspaniyanın "Barselona" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"dən Erik Qarsiyanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2026-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Mançester Siti" ilə müqaviləsi başa çatan Qarsiya "Barselona"ya azad agent kimi keçib. İspan futbolçunun Kataloniya təmsilçisində sərbəstqalma məbləği 400 milyon avro müəyyənləşdirilib.
 
"Barselona" dünən "Mançester Siti"dən ayrılan daha bir futbolçu - Serxio Aquero ilə iki illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest