Veteran futbolçu Səmədağa Şıxlarov dünyasını dəyişib. Matc.az xəbər verir ki, "Neftçi"nin sabiq futbolçusunu Həsən Əliyev küçəsi ilə "Azadlıq" prospektinin kəsişməsində avtomobil vurub. O, qəza nəticəsində həyatını itirib.
 
Qeyd edək ki, 66 yaşlı Səmədağa Şıxlarov "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib.  
 
Allah rəhmət eləsin!
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest