Futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlma matçından əvvəl fikirlərini bölüşüb

Futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlma matçından əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Belçikaya 0:8 hesabı ilə uduzduğumuz matçda meydanda olan futbolçulardan yalnız ikisi Azərbaycanla görüşdə iştirak edəcək. Həmin məğlubiyyətdən sonra heyətdə dəyişikliklərə əl atmalı olduq.
 
Azərbaycan millisi yaxşı kollektivə malikdir. Onların Türkiyə ilə oyun da daxil olmaqla, son 5 görüşünü izləmişəm. Komanda yaxşı təsir bağışlasa da, sadəcə, bir az bəxti gətirməyib. Belarus seçməsi isə gəncdir. Bizdə nəsildəyişmə prosesi gedir. çətin görüş olacaq. Ancaq düşünürəm ki, futbolçularım belə matçlarda artıracaqlar".
 
Qeyd edək ki, Belarus - Azərbaycan oyunu iyunun 2-də Minskdəki "Dinamo" stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest