"10 aydır birlikdəyik, həmişə istəyirik hücum futbolu oynayaq. Təbii ki, vaxtımız azdır. çalışırıq bu az vaxtdaçı maksimumu edək. Oynadığımız oyunlarda yaxşı futbol nümayiş etdirsək də, nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik. Daha diqqətli olmalıyıq, situasiyanı doğru qiymətləndirməiyik". Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi deyib.

Milli komandamız sabah yoldaşlıq görüşü çərçivəsində  Belarusla qarşılaşacaq. Oyun öncəsi təşkil olunan mətbuat konfransında Byazi bildirib ki, rəqib haqda geniş məlumata malik deyil: "Belarus gənc komandadır, yeni baş məşqçiləri ilə ilk oyunu olacaq. Rəqibi az tanıyırıq, bu amil bizim işimizi bir qədər çətinləşdirir. Keyfiyyətli oyunçulardan təşkil olunub. Düzdür, son oyunda dünya sıralamasında ilk pillədə olan Belçika millisinə böyükhesablı məğlub olublar, amma bu, onların yaxşı, keyfiyyətli futbolçularının olduğu həqiqətini dəyişmir. Onu da qeyd edim ki, Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır".

 Byazi bildirib ki, sabah təxminən Türkiyə ilə oyunda şans verdiyi  futbolçular meydanda olacaq: "Təbii ki, müəyyən istisnalar qaçımazdır. Bəhlul Mustafazadə və Emil Bədəlov hazır olmadıqları üçün oynamayacaq. Türkiyə ilə müqayisədə burada havanın hərarəti fərqlidir. İnanıram ki, bu amil daha çox mübarizə aparmağımıza kömək edəcək".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest