Türkiyənin "Hatayspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Osman Şahini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Osman Şahin "Ərzurumspor"un yetirməsidir. O, icarə əsasında "Yeni Orduspor", "Ərzincanspor", "Bakspor", "Ofspor"da da forma geyinib.
 
Xatırladaq ki, "Hatayspor" Osman Şahindən öncə Emre çolakı heyətinə qatmışdı. Super Liqa klubu müqavilə müddəti bitən yarımmüdafiəçisi Səlim İlqazla da yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest