Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi əvvələr də bu klubun formasını geyinmiş Daniel Kandeyası transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Daneil Kandeyası 2016/17 mövsümündə də Alanya təmsilçisinin uğurları üçün çalışıb. Geridə qalan mövsümdə isə o, Super Liqa ilə vidalaşan "Gənclərbirliyi"nin formasını geyinirdi.
 
33 yaşlı vinger "Portu"nun yetirməsidir. O, "Reyncers", "Mets", "Qranada", "Nürnberq", "Portimonense", "Nasional", "Pasuş de Ferreyra", "Rekreativo", "Rio Ave" və "Varzim"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest