Belə ki, qarşılaşmanın baş hakimi Dumitru Muntean olacaq. Ona yan xəttə hakimləri Vadim Vicol və Vladislav Lifciu kömək edəcək. Dördüncü hakim funksiyasını isə güman ki, yerli referilərdən biri yerinə yetirəcək. Amma onun adı açıqlanmayıb.

Bu gün Minskdə futbol üzrə Belarus və Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçiriləcək. Matc.az xəbər verir ki, oyunu Moldovadan olan hakimlər idarə edəcək.
 
Belə ki, qarşılaşmanın baş hakimi Dumitru Muntean olacaq. Ona yan xəttə hakimləri Vadim Vicol və Vladislav Lifciu kömək edəcək. Dördüncü hakim funksiyasını isə güman ki, yerli referilərdən biri yerinə yetirəcək. Amma onun adı açıqlanmayıb.
 
Qeyd edək ki, Minskdəki Milli Olimpiya Stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest