Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunda oyunlar davam edir. Matç.az saytının məlumatına görə, bu gün qrup mərhələsində ilk tura yekun vurulub.

Əvvəlcə F qrupunda mübarizəyə start verilib. Bol qollu qarşılaşmada Yaponiya Türkmənistan üzərində əzmkar qələbə qazanıb - 3:2. özbəkistan da Omana minimal hesabla (2:1) qalib gəlib.

E qrupundan qalan oyununda isə Qətər Livanı ikinci hissədə vurduğu 2 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, Asiya Kubokunda bu gün daha 3 qarşılaşma keçiriləcək. Yaponiya Türkmənistan, özbəkistan Oman, Qatar isə Livanla üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest