"Zirə"nin futbolçusu David Volkov cərrahiyə əməliyyatı olunub. Matc.az xəbər verir ki, gürcüstanlı hücumçu İstanbulda çiynindən artroskopik əməliyyat keçirib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.
 
Volkov son mövsümdə Azərbaycan Premyer Liqasında 24 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest