Portuqaliya Sequndasında XVI tura yekun vurulub. Matç.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu tur meydana çıxıb.

Gənc forvardın komandası "Eştoril" autsayderlər zonasında qərarlaşan "Aruka"nı qəbul edib. Matçda qonaqlar hesabı açmasına baxmayaraq, "Eştoril" 73-cü dəqiqədə status-kvonu bərpa edib. Görüş 1:1 hesabı ilə də başa çatıb. Start heyətində meydana daxil olan və 67 dəqiqə mübarizə aparan Renat 26-cı dəqiqədə sarı vərəqə almaqla fərqlənib.

Bu heç-heçə 3-cü pillədəki "Eştoril"in liderdən 7 xal geri qalmasına səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest