"Ağır oyun oldu. Oyunu xilas edə bildik, əziyyətli qələbə qazandıq. Oyunun böyük hissəsinə biz nəzarət edirdik. Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik. Xoşuma gəlməyən məqamlar oldu". Matc.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Minskdə Belarus yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
 
İtaliyalı mütəxəssis bildirib ki, komanda  buraxılan qol epizodunda böyük səhv edib: "Qapı istiqamətinə 22 zərbə vurmuşuq, amma bunlardan 3-ü hədəfə gedib.
 
3 gün öncə Bədavi ilə söhbətimizdə qol vurmağın vaxtı gəldiyini demişdim. Sevindirici haldır ki, fərqlənməyi bacardı. Həyatda hər şeyə inanmaq lazımdır. Əgər inansan, hər şey mümkün ola bilər. Onun yaxşı keyfiyyətləri var. Əsasən standart vəziyyətlər zamanı. O ki qaldı debüt edən və sonradan oyuna daxil olan oyunçulara, çox yaxşı təsir bağışladılar. Onlardan çox razı qaldım. Onlar bizim gələcəyimizdir".
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest