Türkiyənin "Fənərbaxça" klubu baş məşqçisi, eyni zamanda idman direktoru kimi fəaliyyət göstərən Emre Belözoğlu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klub gənc mütəxəssisə xidmətlərinə görə təşəkkür edib. Belözoğlu da "Fənərbaxça" üçün vida mesajı paylaşıb. O, klub prezidenti də daxil olmaqla komandanın azarkeşlərinə qədər hər kəsə dəstəyə görə minnətdarlıq edib.
 
Xatırladaq ki, bu ilin mart ayında klub rəhbərliyi baş məşqçi Erol Bulutu istefaya göndərəndən sonra, komanda Belözoğluna tapşırılmışdı. İdman direktoru kimi fəaliyyət göstərən Emre, bu vəzifəsindən də ayrılıb.
 
"Fənərbaxça" Super Liqada geridə qalan mövsümü 82 xalla 3-cü pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest