Milli rəqib qapısı istiqamətinə 22 zərbə endiribsə, Belarusda bu gösgərici 6 olub. Yığmanın 22 cəhdindən yalnız 3-ü qapıya gedib. Belarus müdafiəçiləri 10 zərbəni bloklamağı bacarıb. 9 dəfə isə top qapıdan aralı keçib.

Azərbaycan millisi yoldaşlıq oyununda Belarusla qarşılaşdı. Matc.az xəbər verir ki, yığmamız hesabda geri düşsə də, sonradan 2 top vuraraq qələbə qazanmağı bacarıb.

Qarşılaşma bütünlüklə yığmamızın üstünlüyü ilə keçib. Topa yiyələnmə faizində Canni De Byazinin rəhbərlik etdiyi kollektivin 66:34-lük üstünlüyü olub. Yığma üzvlərinin 588 ötürməsindən 468-i dəqiq olub.

Milli rəqib qapısı istiqamətinə 22 zərbə endiribsə, Belarusda bu gösgərici 6 olub. Yığmanın 22 cəhdindən yalnız 3-ü qapıya gedib. Belarus müdafiəçiləri 10 zərbəni bloklamağı bacarıb. 9 dəfə isə top qapıdan aralı keçib.

Künc zərbələrində də millimizin üstünlüyü olub - 10:1. Yığma üzvləri 5, rəqib 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest