İspaniya və Portuqaliya 2030-cu ildə keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etmək istəyir. Matc.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin futbol federasiyaları rəsmi açıqlama yayıb.
 
Xəbərdə iki ölkənin mundiala şərikli ev sahibliyi etmək üçün ortaq namizədlik irəli sürəcəkləri diqqətə çatdırılıb. İyunun 4-də Madriddəki "Vanda Metropolitano" stadionunda İspaniya və Portuqaliya milli komandaları yoxlama oyununda üz-üzə gələcək. Elə həmin gün bu iki ölkə Dç-2030-a namizədliklərini də rəsmi olaraq elan edəcək. İlk razılaşmaya əsasən, mundialın finalı Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq.
 
Xatırladaq ki, İspaniya bir dəfə mundiala es sahibliyi edib. Söhbət Dç-1982-dən gedir. Portuqaliyada isə heç vaxt mundial təşkil olunmayıb. 
 
Dç-2030-a ev sahibliyi etmək üçün Mərakeş də öz namizədliyini irəli sürüb. Bundan başqa, Argentina, Uruqvay, Paraqvay və çili də ortaq formada bu mundialın təşkilatçısı olmaq arzusundadır. Amma onlar hələ rəsmi olaraq namizədliklərini irəli sürməyiblər.
 
Qarşıdakı illərdə keçiriləcək Dç-2022 Qətərdə, Dç-2026 isə ABŞ, Kanada və Meksikada (ortaq) təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest