"Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Müdafiədə yaxşı oynadıq, mövqe hücumları və əks hücumlar oldu, ancaq səhvlərimizə görə qollar buraxdıq"

"çox bacarıqlı, təşkilatlanmış rəqiblə yaxşı oyun oldu. Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Müdafiədə yaxşı oynadıq, mövqe hücumları və əks hücumlar oldu, ancaq səhvlərimizə görə qollar buraxdıq". Matc.az xəbər verir ki, bu sözləri Belarus millisinin futbolçusu Yevgeni Yablonski Azəfrbaycana 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq oyunundan sonra ölkəsinin mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə,  daha yaxşı oynaya bilərdilər: "Ancaq bu təcrübədir. Səhvləri düzəldib və daha yaxşı olacağıq".
 
BATE-nin yarımmüdafiəçi Belçika ilə oyunla müqayisədə heyətin tamamilə fərqli olması haqda da danışıb: "Millidə çox sayda yeni futbolçular var, amma yenə də yaxşı  komandaya sahibik. Hər kəs milli komandaya gəlməkdən xoşbəxtdir və bu gün bütün futbolçular çalışdılar, yaxşı oynadılar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest