Türkiyədə yay transfer pəncərəsi dövrünün açılış və bağlanış vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Türkiyədə transfer dövrü iyunun 10-da başlanacaq və sentyabrın 1-də başa çatacaq.
 
Qardaş ölkədə qış transfer pəncərəsi isə 2022-ci il yanvarın 5-də açıqlacaq və fevralın 1-də bağlanacaq.
 
Qeyd edək ki, Türkiyə Super Liqasının son qalibi "Beşiktaş" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest