Kriştianu Ronaldonun keçmiş sevgilisi Jasmin Lennard şok paylaşımla gündəmə gəlib. Matç.az saytı xəbər verir ki, 10 il əvvəl Ronaldo ilə eşq həyatı yaşayan ingilis model tvitter hesabı vasitəsilə portuqaliyalı futbolçu barədə inanılmaz ittihamlar səsləndirib.

34 yaşlı superulduzla sonuncu dəfə 18 ay əvvəl görüşdüyünü yazan Lennard onu belə qələmə verib: "Ronaldo zorba, yalançı və psixdi. Təcavüzlə bağlı məhkəmədə Katrin Mayorqaya kömək edəcəm. Deyəcəyim sözlərə heç kim inanmazdı. Yaxşı ki, ağıllı qızam, əlimdə çox dəyərli mesaj və sübutlar var. İnsanlar Ronaldonun necə biri olduğunu bilsəydilər, şoka düşərdilər. Artıq yerimdə oturub onun yalan danışmasını izləməyəcəm".

Qeyd edək ki, model Katrin Mayorqa məhkəməyə müraciət edərək, Kriştianu Ronaldonun 2009-cu ildə Las-Veqasda onu zorladığını iddia edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest