Braziliyada keçiriləcək Amerika kubokunun final matçının stadionu bəlli olub. Matc.az xəbər verir ki, həlledici oyun iyulun 10-da, Rio-de-Janeyroda yerləşən "Marakana" stadionunda keçiriləcək.
 
Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) rəsmi saytı məlumat yayıb.
 
Amerika kubokunun 13 iyun – 10 iyulda təşkili nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest