İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Dinamo"dan (Tiflis) Georgi Mamardaşvilini heyətinə qatıb.
 
Bu barədə Gürcüstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Valensiya" 20 yaşlı qapıçını bir illik icarəyə götürüb. "Yarasalar" 2022-ci ilin yayında istəsə, gürcü futbolçunun transfer hüquqlarını ala bilər.
 
Tiflis "Dinamo"sunda çıxış edən Mamardaşvili Gürcüstan yığmasına dəvət alsa da, hələ millidə debüt etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest