İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. Matç.az saytının məlumatına görə, ilk görüşdə "Mançester Siti" aşağı liqa təmsilçisi "Barton"u qəbul edib.

İlk hissədə rəqib qapısından 4 cavabsız top keçirən "şəhərlilər" bunu fasilədən sonra da davam etdirib. Komanda ikinci hissədə daha 5 dəfə fərqlənib. Bununla Pep Qvardiolanın yetirmələri yanvarın 23-dəki cavab matçını formallaşdırıblar. "Şəhərlilər"i artıq finalda görmək olar.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə "Tottenhem" ilk görüşdə "çelsi"ni evdə 1:0 hesabı ilə məğlub edib.

 

İngiltərə Federasiya Kuboku

Yarımfinal mərhələsi, ilk oyun

"Mançester Siti" - "Barton" - 9:0

De Bruyne, 5, Qabriel Jezuş, 30, 34, 57, 65, Zinçenko, 37, Foden, 62, Uolker, 70, Mahrez, 83

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest