İngiltərənin "Arsenal" klubu dörd futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Qapıçı Metyu Rayan, müdafiəçi David Luis, həmçinin komandada icarə əsasında çıxış edən Daniel Sebalyosla Martin Edeqor "topçular"ın düşərgəsini tərk edib. Sonuncu iki futbolçu müqavilə ilə məxsus olduqları "Real"a qayıdıblar. David Luislə Metyu Rayanın isə başa çatan sözləşməsi yenilənməyib.
 
Qeyd edək ki, "Arsenal" Premyer Liqada geridə qalan mövsümü 61 xalla 8-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest