İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumanın klubdakı gələcəyinə aydınlıq gətirib.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında niderlandlı mütəəxəssisin yeni mövsümdə də komandanı çalışdıracağını bildirib.
 
Daha əvvəl İspaniya mətbuatı 58 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanacağını yazmışdı.
 
Qeyd edək ki, Kuman 2020-ci ilin avqustundan komanaya rəhbərlik edir. Onun Kataloniya klubu ilə gələn ilin yayına qədərə müqaviləsi olsa da, istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.
 
"Barselona" Kumanın rəhbərliyi altında geridə qalan mövsümdə yalnız İspaniya kubokunu qazanıb. UEFA çempionlar Liqasının 1/8 finalında PSJ ilə bacarmayan Kataloniya təmsilçisi, La Liqada da çempion "Atletiko" və "Real"ın ardından üçüncü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest