"Sabah" klubla müqavilə müddəti bitən Ruslan Abışovla yollarını ayırıb. Matc.az xəbər verir ki, 2019-cu ilin yayından "Sabah"ın uğurları üçün çalışan futbolçu komandanın kapitanlıq sarğısını daşıyıb.

"Sabah" Abışova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest