"Yuventus"un gənclər komandasının koordinatoru Klaudio Kyellini klubu tərk edib.
 
Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kyellininin klubla müddəti bitən müqaviləsi yenilənməyib.
 
Klaudio 2014-cü ildən "Yuventus"da çalışırdı. O, 2018-ci ildən klubun gənclər komandasının koordinatoru vəzifəsində idi.
 
Klaudio "Yuventus"un müdafiəçisi Corco Kyellininin əkiz qardaşıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest