İngiltərə Peşəkar Futbol Assosiasiyası Premyer Liqada 2020/21 mövsümünün rəmzi komandasını təqdim edib. Matc.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı 11-likdə çempion olan "Mançester Siti"dən altı futbolçu yer alıb.
 
"Mançester Yunayted" və "Tottenhem" siyahıda hərəyə 2 futbolçu ilə təmsil olunursa, ötən mövsümün qalibi "Liverpul"dan yalnız bir oyunçu fərqlənənlər sırasında yer ala bilib.
 
Qapıçı: Ederson ("Mançester Siti");
 
Müdafiəçilər: Lyuk Şou ("Mançester Yunayted"), Joao Kanselo , Con Stounz, Ruben Dias (hamısı "Mançester Siti");
 
Yarımmüdafiəçilər: İlkay Gündoğan, Kevin de Breyne (hər ikisi "Mançester Siti"), Bruno Fernandes ("Mançester Yunayted");
 
Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Son Hın Min, Harri Keyn (hər ikisi "Tottenhem").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest