Portuqaliyanın "Portu" klubu baş məşqçi Serjio Konseysaonun müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Konseysao 2017-ci ilin yayından "Portu"nu çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Portuqaliya çempionatında son mövsümü 2-ci sırada bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest