Futbol üzrə Moldova milli komandasının yarımmüdafiəçisi Vadim Ratse sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu bu gün təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Bu oyun psixoloji baxımdan bizim üçün vacibdir. Yaxşı nəticəyə ehtiyacımız var. Son vaxtlar uğursuz çıxış edirik. Mübarizə aparıb, ən yaxşı nəticəni əldə etməliyik. Meydana böyük istəklə çıxmalıyıq. Rəqibimizin güclü və zəif tərəflərini öyrənəcəyik. ümid edirəm ki, Azərbaycanla oyunda müsbət nəticə əldə edəcəyik. Bu, bizim üçün çox vacibdir".
 
Sabah Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest