"Moldova yığması çox yaxşı komandadır. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşmışıq. Moldovanın oyunlarını analiz etmişik"

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Azər Salahlı sabah Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, "Keşlə"nin futbolçusu bu gün Kişinyovda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabah bizi ağır oyun gözləyir. Moldova yığması çox yaxşı komandadır. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşmışıq. Moldovanın oyunlarını analiz etmişik. Baş məşqçi rəqibin oyunlarını izləyib. Bizi bu barədə məlumatlandırıb. Yoldaşlıq oyunları olmasına baxmayaraq, bizim üçün çox vacibdir. Sabahkı oyunda da yaxşı oyun göstərib qalib gəlmək istəyirik".
 
Qeyd edək ki, iyunun 6-da Kişinyovda keçiriləcək Moldova - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest