Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin karyerasını Polşada davam etdirəcəyi dəqiqləşib.
 
Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu gözlənildiyi kimi Polşa çempionu "Legiya"ya transfer olunub.
 
Artıq sözügedən klub da bu keçidi rəsmi saytı vasitəsilə təsdiqləyib. Xəbərdə futbolçunun şənbə günü Polşanın paytaxtı Varşavaya gəldiyi qeyd olunub. Mahirin yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı qeyd olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest