Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı müdafiəçi Nemanya Milunoviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında "19" nömrəli formanı geyinəcək.
 
Xəbərdə Milunoviçin müqavilə müddəti bitən və klubdan ayrılan Stiven Kokeri əvəz edəcəyi diqqətə çatdırılıb. İngilis futbolçu 2019-cu ildən bu komandada çıxış edirdi və əsas heyət üzvlərindən idi. Lakin İngiltərə yığmasında da oynamış futbolçu klubla yeni müqavilə bağlamaq istəməyib.
 
Nemanya Milunoviç son olaraq Serbiyanın "Srvena Zvezda" klubunun uğurları üçün çalışıb. O, geridə qalan mövsümdə bu komandanın heyətində bütün turnirlər çərçivəsində 36 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Serbiya yığmasında da oynamış təcrübəli müdafiəçi, karyerası ərzində BATE, "Mladost" və "Borats"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest