Futbol üzrə Azərbaycan millisi bu gün Kişinyova Moldova yığması ilə yoxlama matçında üz-üzə gələcək. Matc.az xəbər verir ki, artıq yığmamızın bu görüşə hansı heyətlə çıxacağı məlumdu. Komandamızın baş məşqçisi Canni de Byazi start heyətində 3 dəyişikliyə əl atıb.
 
Belə ki, sonuncu Moldova ilə oyunla müqayisədə heyətdə yeni adlar var. Məsələn, italiyalı mütəxəssis həm Türkiyə, həm də Belarusla oyunlarda qapını Emil Balayevə həvalə etmişdisə, bu dəfə "çərçivə"ni böyük ehtimalla Mehdi Cənnətov qoruyacaq.
 
Müdafiə xəttində dəyişiklik gözlənilmir. Maksim Medvedev, Bədavi Hüseynov və Anton Krivotsyuka Azər Salahlı ilə Höccət Haqverdi də kömək edəcək.
 
Yarımmüdafiədə Qara Qarayevlə Emin Mahmudov yenə ilk dəqiqələrdən meydanda olacaq. ötən oyunun start heyətində yer alan Toral Bayramovu isə bu dəfə Aleksey İsayev əvəz edəcək.
 
Hücumda Namiq Ələsgərov yenə ilk dəqiqələrdən oynamaq şansı qazanacaq. Amma bu dəfə onunla yanaşı Əli Qurbani yox, Türkiyəyə ilə oyundakı kimi Ramil Şeydayev mübarizə aparacaq.
 
Qeyd edək ki, Kişinyovda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
 
Azərbaycan millisinin Moldova ilə matç üçün start heyəti: Mehdi Cənnətov - Anton Krivotsyuk, Azər Salahlı, Maksim Medvedev, Bədavi Hüseynov, Höccət Haqverdi - Qara Qarayev, Emin Mahmudov, Aleksey İsayev - Namiq Ələsgərov, Ramil Şeydayev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest