İspaniyanın "Atletiko" klubunda baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə danışıqları yekunlaşıb.
 
Matc.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Bu barədə AS nəşri məlumat yayıb.
 
"Atletiko" yaxın zamanda Simeone ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq.
 
2012-ci ildən "Atletiko"nu çalışdıran argentinalı mütəxəssisin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.
 
"Atletiko" La Liqada son mövsümün qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest